10 Noyabr 2019 10:15
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda hava şəraitinin kəskin soyuması ilə əlaqədar əhaliyə xəbərdarlıq edilib.

Teleqraf.com xəbər verir ki, sinoptiklər Akmola, Pavlador, Aktobe, Kostanay vilayətlərində, eləcə də ölkənin qərb və şimal regionlarında gündüz saatlarında çovğunla müşayiət olunan güclü külək əsəcəyi, küləyin sürəti saniyədə 15-20 metrə çatacağı barədə məlumat yayıb.

Hava şəraitinin pisləşməsi nəticəsində respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyatın bütün növləri üçün hərəkət müvəqqəti dayandırılıb.


Müəllif: Teleqraf.com