Avropa İttifaqı iqlimin qorunması üçün 1 trilyon avro ayıracaq.
Bu barədə Avropa Komissiyasının yeni rəhbəri, Almaniyanın keçmiş müdafiə naziri Ursula von der Leyen məlumat yayıb.
Ursula von der Leyenə görə, Avropa Birliyi 2050-ci ilə qədər iqlim dəyişiklərini zəiflətmək üçün bu məbləğ növbəti 10 il ərzində ayrılacaqdır.
Qeyd edək ki, Avropa Komissiyası 2018-ci ilin Noyabr ayında tullantıların azaldılması üçün uzunmüddətli strateji konsepsiya təqdim edib.