11 Noyabr 2019 00:59
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boliviya prezidenti Evo Morales rəsmən istefa verdiyini elan edib.

Teleqraf.com xəbər verir ki, istefa xəbəri Boliviya liderinin ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini elan etməsindən az sonra məlum olub.

Bundan əvvəl ölkənin Silahlı Qüvvələr komandanlığı onu ölkədə sabitliyin təmin olunması üçün vəzifədən getməyə çağırıb.

Qeyd edək ki, Boliviyada prezident seçkiləri oktyabrın 20-də keçirilib. Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı E. Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları başlayıb.

Etirazlar zamanı baş verən toqquşmalarda 3 nəfər ölüb, 380 nəfər xəsarət alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər