11 Noyabr 2019 10:12
1 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın məşhur tarixçisi Oleq Sokolov içində kəsilmiş qadın qolları olan çanta ilə saxlanılıb.

Teleqraf.com xəbər verir ki, 63 yaşlı Sokolov qolların öldürdüyü sevgilisinə aid olduğunu etiraf edib.

Sankt Peterburq Universitetində işləyən Sokolov cəsədi yox etməyə cəhd edərkən Moyka çayına yıxılıb. Polis tərəfindən çaydan çıxarılan tarixçi istintaqa ifadəsində 24 yaşlı sevgilisi Anastasiya Yeşenkonu öldürdüyünü açıqlayıb.

Rus mediası məşhur tarixçinin qadının cəsədini yox etdikdən sonra fransız imperatoru Napoleon Bonapartın libasında intihar etməyi planlaşdırdığını yazıb.

Polis Sokolovun evində apardığı araşdırmada Yeşenkonun bədəninin digər hissələrini və qanlı bir mişar tapıb.

Hipotermiya diaqnozu ilə xəstəxanada müalicə alan Oleq Sokolov ilkin dindirmədə sevgilisi Anastasiya Yeşenkonu noyabrın 7-də münaqişə zamanı yanlışlıqla öldürdüyünü söyləyib. Öldürdükdən sonra isə qadının qollarını və ayaqlarını mişarla kəsərək bədənindən ayırıb.

Anastasiya Yeşenkonun universitetin Fransa tarixi fakültəsində təhsil aldığı və Sokolovla elmi iş üzərində işlədiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər