11 Noyabr 2019 15:55
1 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İŞİD terror təşkilatının 2014-cü ildən bəri Suriya neftini oğurlaması işində iki ortağı var; bunlardan biri Rəcəb Tayyib Ərdoğandır, digəri həmişə başqa ölkələri talayan amerikalılardır”.

Teleqraf.com xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.

Suriya başçısı Rusiya KİV-ə açıqlamasında ölkəsi ətrafında gedən proseslərə diqqət çəkib:

“Türklər qonşumuzdur, onlarla ortaq tariximiz var. Türkləri heç vaxt özümüzə düşmən elan etmərik. Düşmən Ərdoğandır, siyasəti və zümrəsidir”.

Əsəd ABŞ-ın Suriyaya yönəlik addımlarını da sərt tənqid edib:

“Amerikalılar həmişə başqa ölkələri müxtəlif yollarla talamağa çalışır. Sadəcə neft, pul və maliyyə mənbələrini yox, xalqlarını da oğurlayırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu