11 Noyabr 2019 18:00
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Haseke bölgəsinin Malikiyyə məntəqəsində ABS ordusu əsgərləri YPG/PKK terrorçuları ilə birgə görüntülənib.

Teleqraf.com xəbər verir ki, terrorçular quyulardan neft çıxararkən, ABŞ ordusu patrul xidməti həyata keçirib.

Məlumata görə, neft sahəsində fəallığını artıran ABŞ əsgərləri zaman-zaman neft quyularına daxil olaraq, YPG-li komandirlərlə görüşür.

Qeyd edək ki, ABŞ administrasiyası Suriyanın neftlə zəngin əraziləri ilə yanaşı, ölkənin şərqində yerləşən Deyr əz Zor qəsəbəsində də hərbi varlığını artırır.


Müəllif: Cavad

Oxşar xəbərlər