Noyabrın 10-da istefa verən Boliviya Prezidenti Evo Moralesin olduğu Meksika Hərbi Hava Qüvvələrinə məxsus təyyarə yanacaq doldurmaq üçün Paraqvayın paytaxtı Asunson şəhərinə enib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Notimex” agentliyi məlumat yayıb.
“Keçmiş Boliviya Prezidenti Evo Moralesin uçduğu təyyarə yanacaq doldurmaq və Meksikaya uçuşu davam etdirmək üçün Asunsonda texniki eniş etdi”, – deyə agentlik qeyd edib.
Bundan əvvəl Meksikanın xarici işlər naziri Marselo Ebrard Evo Moralesin Boliviyadan Meksikaya uçduğunu bildirmişdi.
Moralesin sözlərinə görə, Meksika ona siyasi sığınacaq verməyə razılıq verib.