12 Noyabr 2019 12:40
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində meyiti tapılan Suriyadakı Ağ Dəbilqəlilər silahlı qruplaşmasının qurucusu Ceyms Le Mösüyer haqda yeni faktlar üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Suriyada mülki əhalinin qorunması yönündə fəaliyyəti ilə məşhurlaşmış Le Mösüyerin əslində “Əl-Qaidə” terror təşkilatı ilə işbirliyində olduğu bildirilib.

Məlumata görə, ingilis casus fəaliyyəti dönəmində Suriyada mülki əhalinin qorunması ilə bağlı hazırlanmış saysız saxta video-çarxların da müəllifidir. Təsadüfi deyil ki, onun qurduğu Ağ Dəbilqəlilər adlı silahlı qruplaşmanın “Əl-Qaidə”yə bağlı olduğu da deşifrə olunub.

Dünən İstanbulda cəsədi tapılan Le Mösüyer vaxtilə İngiltərə Silahlı Qüvvələrinin kəşfiyyat xidmətində yüksək vəzifə tutub.

2014-cü ildə münaqişələr və təbii fəlakətlərlə mübarizə adı altında “Mayday Rescue” fondunu quran Mösüyer bu qurum vasitəsilə Suriyada ingilis kəşfiyyatının planlarını həyata keçirib.

Mösüyer bir çox vaxt dünya mediasında Suriyada kimyəvi silahlardan istifadə edilməsi ilə bağlı yayılan dezinformasiya xarakterli məlumatların da əsas müəllifi hesab olunur. Mösüyerin nüfuzlu media qurumlarına ötürdüyü məlumatların yalan olması dəfələrlə sübut edilib.

Xüsusilə Suriya ilə bağlı Vaşinqton və Londonun təlimatlarını yerinə yetirmək məqsədilə 2015-ci ildə İstanbulda öz ofisini quran Le Mösüyerin fondunun əsas dəstəkçisi də ABŞ idi. Lakin bu quruma dəstək verən ölkə təkcə Amerika deyil. BBC-nin məlumatına görə, BMT, Danimarka, Almaniya, Hollandiya, İngiltərə, Kanada, Qətər, Beynəlxalq İnkişaf Fondu da ingilis casusun fonduna pul köçürənlər arasındadır.

İngiltərə kraliçası II Elizabet 2016-cı ildə Londonun Suriyadakı maraqlarını müdafiə etdiyinə görə Ceyms Le Mösüyerə “Cəngavər” adı verib. Lakin bu adın ona “Suriyada mülki insanların qorunmasında göstərdiyi xidmətlər”ə görə verildiyi bildirilmişdi.

Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Le Mösüyerin keçmiş MI6 (İngiltərə kəşfiyyatı) agenti olduğunu, illərlə Balkan dövlətləri və Yaxın Şərqdə məxfi planları icra etdiyini demişdi.

Zaxarova onun Kosovada fəaliyyət göstərdiyi dönəmdə terror təşkilatları ilə gizli işbirliyində olduğunu da açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər