12 Noyabr 2019 15:36
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur aktyor Kıvanç Tatlıtuğ həyat yoldaşı Başak Dizerə lüks avtomobil alıb.

Teleqraf.com xəbər verir ki, Kıvanç Tatlıtuğ həyat yoldaşına 900 bin TL dəyərində “Land Rover Discovery” markalı avtomobil hədiyyə edib.

Cütlük İstanbul gecələrində görüntüləniblər.

Avtomobillərə düşkünlüyü ilə tanınan Kıvanç Tatlıtuğun “Range Rover”, “Ferrari 348” və “Ford Raptor” markalı üç lüks avtomobili var.

Qeyd edək ki, Kıvanç Tatlıtuğun son zamanlar həyat yoldaşına model Sara Sampaio ilə xəyanət etdiyi iddia edilmişdi.


Müəllif: Rəqsanə Həsənova