Türkiyənin Qaziantep şəhərində 25 yaşlı müəllim Səadət Harmancı intihar edib.
Teleqraf.com xəbər verir ki, gənc qadın özünü yaşadığı binanın altıncı mərtəbəsindən ataraq həyatına son qoyub.
İntiharından əvvəl Səadət Harmancı sosial şəbəkə hesabında iş yoldaşları və şagirdləri ilə vidalaşıb.
25 yaşlı qadının sevgilisi üçün yazdığı sözlər də diqqətdən yayınmayıb:
“Sevdiyim həmişə sənə “səni çox sevirəm”, “sən mənim həkimimsən” deyərdim. Həmişə belə olub. Özünə yaxşı bax.
Şagirdlərim haqlarını halal etsinlər, üzülməsinlər. Mən təcavüzə uğramağa dözə bilmədim. Allaha əmanət olun, məni həmişə yaxşı insan kimi xatırlayın”.
Paylaşımın fotosunu təqdim edirik: