Məşhur türkiyəli sənətçi Mahsun Kırmızıgül “Mucize 2 Aşk” filminin çəkilişlərinə başlayıb.
Teleqraf.com xəbər verir ki, Mahsun Kırmızıgülun özünün baş rolu oynadığı filmə daun sindromlu 147 uşaq da çəkiləcək.
Filmdə Mert Turak, Biran Damla Yılmaz, Fikret Kuskan, Erdal Özyağcılar və Şenay Gürler rol alıb.
Filmin dekabrın 6-da kinoteatrlarda nümayişi nəzərdə tutulub.