13 Noyabr 2019 11:40
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp 40 il əvvəl İrana qarşı sanksiyalara dair imzalanmış fərmanın müddətini uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin ABŞ Konqresinə göndərdiyi məktubda bildirilib.

“İranla münasibətlərimiz hələ normal vəziyyətə gəlməyib”, - Tramp deyib.

Bu, 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin iranlı tələbələr tərəfindən tutulmasından sonra keçmiş prezident Cimmi Karterin imzaladığı 12170 saylı fərmandır.

Fərman ABŞ hakimiyyət orqanlarına sanksiyalar və digər tədbirlər görmək haqda, habelə İranla ticarəti tənzimləmək üçün geniş səlahiyyətlər verir.


Müəllif: Mənsur Rəğbətoğlu