ABŞ Prezidenti Donald Tramp Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatlardan sonra iki ölkə arasında yaranan gərginliyi aradan qaldırmaq üçün addımlar atmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-da nəşr olunan “Vaşinqton Post” qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, Tramp ötən həftə türk həmkarı Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda 100 milyard dollar həcmindən ticarət anlaşması təklif edib.
ABŞ prezidenti məktubda, eyni zamanda Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistamləri alması səbəbindən planlaşdırılan sanksiyalardan yayınmağın yollarının olduğunu yazıb:
“Ərdoğan Trampın təklifinə cavab olaraq, Suriyada ABŞ-ın maraqlarına uyğun addımlar ata biləcəyini istisna etməyib. ABŞ-ın “qırmızı xətti” isə “S-400” sistemlərinin aktiv fazaya keçirilməsidir ki, Tramp həmkarına bu barədə bildirib. Türkiyənin bu sistemləri aktivləşdirməyəcəyi halda, Ankaranın yenidən “F-35” proqramına geri qaytarıla biləcəyini deyib”.