Şotlandiyada bu gün keçirilən referendumda ölkənin taleyi aydınlaşır.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, şotlandlar referendumda yüksək aktivlik nümayiş etdirirlər. Referendumun davam etdiyi bir vaxtda yayılan məlumatlarda Şotlandiyanın Böyük Britaniyanın tərkibinda qalmasını istəyənlərin sayının qismən çox olması bildirilir.
"Ipsos Mori" şirkətinin etdiyi sorğunun nəticələrində 53 faiz insanın Şotlandiyanın Birləşmiş Krallığdan ayrılmaq istəmədiyi, 47 faizin isə müstəqilliyə səs verdiyi bildirilir.
Xatırladaq ki, referendumda səsvermə bu gün Bakı vaxtı ilə 02:00-da başa çatacaq. Nəticələrin isə sabah səhər saatlarında açıqlanması gözlənilir.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.