14 Noyabr 2019 15:39
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailand boksu üzrə dünya çempionu, Ümumdünya Erməniləri İdman Federasiyaları Birliyinin və Dünya Erməni Konqresi İdman İdarəsinin rəhbəri Aşot Bolyan Moskvada öldürülüb.

Teleqraf.com xəbər verir ki, 40 yaşlı Bolyanın cəsədi bu gün Rusiyanın paytaxtındakı evinin yaxınlığında tapılıb.

Naməlum şəxslər ona öz avtomobilində səsboğucu quraşdırılmış tapança ilə atəş açıblar. Bolyan hadisə yerində ölüb.

Hadisənin dünən baş verdiyi bildirilsə də, cinayətin təfərrüatı məlum deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər