“Patriot” raketlərinə görə, Rusiyanın S-400 sistemlərindən tamamilə imtina edə bilmərik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla görüşünün nəticələri barədə açıqlamasında deyib.
“Patriot”ları almağa hazır olduğumuzu cənab Trampa dedim. F-35 proqramının müştərisi deyil, ortağı olduğumuzu qarşı tərəfə xatırlatdım. Biz NATO-da ikinci ən böyük orduya sahibik. Amerika ilə güclü əlaqələrimiz var. Müdafiə mənbələrimizi artırmaq milli və suveren haqlarımızdan biridir”, - deyə türk lider bildirib.