15 Noyabr 2019 13:58
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dövlət katibi Mayk Pompeo və Pentaqon rəhbəri Mark Esper Qahirənin Rusiyadan Su-35 qırıcıları almağa davam etməsi ilə əlaqədar Misirə mümkün sanksiyalar barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ tərəfi bununla bağlı Misirin müdafiə naziri Məhəmməd Əhməd Zakiyə məlumat göndərib.

Qeyd olunur ki, Misirin Rusiyaya məxsus Su-35 təyyarələrini satın alması ABŞ-ın ölkəyə hərbi yardım göstərməsini çətinləşdirəcək, bununla əlaqədar olaraq Pompeo və Esper misirli naziri bu razılaşmanı ləğv etməyə çağırıblar.

İyun ayının sonunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvanın təhlükəsizliyin möhkəmləndirilməsi və bölgədə sabitliyin qorunması üçün Qahirəyə kömək göstərməyə hazır olduğunu açıqlamışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər