15 Noyabr 16:48
1 783

“Trampın yumşaq qarnından ən çox faydalanan lideri Ərdoğandır”.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “The Economist” qəzetində dərc olunan məqalədə bildirilib.

Nəşr yaxın günlərdə görüşən ABŞ və Türkiyə prezidentləri arasındakı münasibətə diqqət çəkib. Qəzetin iddiasına görə, digər liderlərlə müqayisədə Türkiyə prezidentinin amerikalı həmkarı üzərində daha güclü cazibəsi var: “Heç bir lider Ərdoğan qədər Trampın yumşaq qarnından faydalana bilmədi”.

BBC də ölkə liderləri arasındakı qəribə əlaqədən bəhs edib.

Məqalə “Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında maraqlı sevgi” başlığı ilə manşetə çıxarılıb.

Yazıda Trampın “İki ölkə bir-birinə yaxın nöqtədə dayanır” fikrinə də yer verilib və prezidentlər arasındakı oxşarlığa diqqət çəkilib:

“Tramp bəlkə də bu ifadə ilə Ərdoğana olan münasibətini ortaya qoyur. İki populist lider də ölkələrindəki mühafizəkarları hərəkətə gətirmək məsələsində istedadlıdır. İkisi də dərin dövləti üzə çıxarmaq üçün baş sındırır. İkisi də ailə və iş həyatlarını siyasətə qarışdırıb. İkisi də öz oğullarının yerinə qızlarının ərlərini yüksək pilləyə qaldırıb”.


Müəllif: Mənsur Rəğbətoğlu