Ermənistan və 23 ölkə BMT-də Ukraynanın işğal edilmiş Krım bölgəsi ilə bağlı qəbul edilən qətnamənin əleyhinə səs verib.
Teleqraf.com xəbər verir ki, BMT-nin Nyu Yorkdakı iclasında “Krım Muxtar Respublikasında və Sevastopol şəhərində (Ukrayna) insan hüquqları ilə bağlı vəziyyət” adlı sənədin yenilənmiş layihəsi müzakirə edilib.
Cəmi 23 ölkə qətnamənin əleyhinə səs verib. Bunlar Ermənistan, Rusiya, Belarus, Burundi, Kamboca, Çin, Fildişi Sahilləri, Kuba, Şimali Koreya, Eritreya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Myanma, Nikaraqua, Filippin, Serbiya, Sudan, Suriya, Uqanda, Venesuela və Zimbabvedir.
Qətnamə layihəsinə bu ilin dekabr ayında BMT Baş Assambleyasının iclasında baxılacaq.
Əlavə edək ki, bir neçə gün əvvəl Ukraynanın İrəvandakı səfirliyi Ermənistan vətəndaşlarının işğal edilmiş Krım bölgəsinə qanunsuz səfərinə görə etiraz bəyanatı yaymışdı.