Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gedəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib. Səfər 2020-ci il yanvarın ilk həftəsində gerçəkləşəcək.
Tərəflər “Türk axını” layihəsi çərçivəsində keçiriləcək tədbirdə ikitərəfli görüşlər keçirəcəklər.