Avropa Parlamenti Rusiyanın Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) sistemindən çıxarılması imkanlarını nəzərdən keçirəcək.
Teleqraf.com-un lenta.ru-ya istinadən verdiyi xəbərə görə, müvafiq qətnamə qurumun plenar iclasında qəbul edilib və bunun icrası məcburi deyil.
Avropa Komissiyası bəyan edib ki, Rusiyanın SWIFT sistemindən çıxarılması mümkün olmayacaq, çünki belə bir addım radikal deyil.
Öz növbəsində Rusiya sənayeçilər və sahibkarlar SWIFT-ə oxşar yeni bir sistemin yaradılmasını təklif ediblər. Sistemin yaradılmasında, əsasən Çin təcrübəsinə istinad ediləcəyi güman olunur.
SWIFT ümumdünya banklararası telekommunikasiya birliyi ildə 1,8 milyard məlumatın ötürülməsini təmin edir, burada 10 mindən artıq maliyyə təşkilatı 210 ölkədə iştirak edir. Sistem Brüsseldə yerləşir və Belçika qanunları ilə tənzimlənir.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.