Boliviyanın istefada olan prezidenti Evo Morales erkən prezident seçkisində iştirak etməyəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə onun özü açıqlama verib.
Evo Morales demokratik prinsipləri pozmamaq üçün bu addımı atdığını bildirib:
“Demokratiyanın inkişafı üçün seçkilərdə iştirak etməyimiz istəmirlərsə, qatılmamaq problem deyil. Sadəcə niyə məndən qorxduqlarını başa düşmürəm”.
Ordu və müxalifətin müdaxiləsindən sonra istefa verən Evo Morales Meksikaya gedib.