17 Noyabr 2019 09:04
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın paytaxtı Tehranda şənbə günü yağan güclü qar səbəbindən noyabrın 17-də ibtidai və orta məktəblər bağlanacaq.

Teleqraf.com xəbər verir ki, İSNA agentliyinin əyalət qubernatoruna istinadla yaydığı məlumata görə, meteoroloji xidmət bazar gününə əlverişsiz hava şəraiti proqnozlaşdırır. Bu səbəbdən Tehranın bütün əyalətlərində ibtidai və orta məktəblərdə səhər və gündüz məşğələləri ləğv olunacaq.

Noyabrın 17-də də Tehranda qar, leysan və güclü külək gözlənilir. Havanın temperaturu səhər saatlarında mənfi bir dərəcəyədək enəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər