İraq İran sərhədindəki Şalamçe keçid məntəqəsini bağlayıb.
Teleqraf.com xəbər verir ki, benzinin bahalaşmasına etiraz olaraq keçirilən aksiyalara görə rəsmi Bağdad bu addımı atıb. Məlumatlara görə, rəsmi Tehran İraqdan sərhədin bağlanmasını istəyib.
Qadağanın yalnız insanlara aid olduğu bildirilir. Yük və malların daşınmasına məhdudiyyət qoyulmayıb.