17 Noyabr 2019 20:02
3 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda artıq bir neçə gündür ki, benzinin bahalaşmasına etiraz olaraq aksiyalar keçirilir. Bu gün Tehranın mərkəzi küçələrinə çıxan xalq ali dini lider Xamneyiyə ölüm şüarı səsləndiriblər.

Qeyd edək ki, İranın dini lideri Ayətullah Əli Xamneyi bu gün son etirazlarla bağlı ilk dəfə çıxış edərək benzinin bahalaşmasına dəstəyini ifadə edib. Bundan sonra xalq Ə.Xamneyinin əleyhinə ölüm şüarı səsləndiriblər.

Xatırladaq ki, 15 noyabrda İranda benzinin qiyməti kvota ilə 10 min rialdan (təxminən 0,23 dollar) 15 min riala (təxminən 0,35 dollar), sərbəst şəkildə isə 30 min riala (təxminən 0,71 dollar) bahalaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər