Yaponiya dənizindəki "Silver Way" gəmisinin göyərtəsində yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, gəminin göyərtəsində 13 rus dənizçisi olub.
Yanğın söndürülüb, itki yoxdur. Gəmi 2,5 min ton ağac daşıyıb və Naxodka-Pusan marşrutu boyunca Siyerra Leone bayrağı altında üzüb.
Yanğın bazar günü yerli vaxtla 13:40-da Cənubi Koreyanın Pxoxan limanı yaxınlığında baş verib. Yerli hakimiyyət gəmiyə kömək üçün patrul qayıqları, helikopter və yanğınsöndürmə dəstəsi göndərib.