18 Noyabr 2019 10:00
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərində əsas rəqibi olan Con Baydeni “quduz it”ə bənzədən Şimali Koreya dövlət agentliyinin xəbərini paylaşaraq bu ölkənin lideri Kim Çin İnə tvitter vasitəsilə müraciət edib.

Teleqraf.com xəbər verir ki, Bayden haqqında bənzətməni paylaşan Tramp Şimali Koreya liderini nəzərdə tutaraq “Hörmətli Bayden yuxulu və çox astagəl ola bilər, amma qudurmuş it deyil” ifadəsini işlədib.

Tramp Kim Çen İnə səslənib: “Sizi gəlmək istədiyiniz nöqtəyə gətirəcək tək insan mənəm, tələsməlisən və razılaşmanı saxlamalısan. Yaxınlarda görüşərik”.

Xatırladaq ki, 2020-ci il prezident seçkilərində namizədliyini irəli sürən Con Bayden Şimali Koreya liderini təhqir, Trampın Pxenyan siyasətini isə sərt tənqid edib.

Bundan sonra Şimali Koreyanın KCNA dövlət agentliyi Baydeni quduz itə bənzədib.


Müəllif: Cavad