Ermənistanda oğurluğa görə 6.5 azadlıqdan məhrum edilən bir nəfər müalicə aldığı xəstəxanasından qaçıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.
Nubaraşen həbsxanasında cəza çəkən 1988-ci il təvəllüdlü Araik Sərkisyan xəstəxana otağından çıxaraq qaçıb.
Sərkisyan əvvəllər 7 dəfə məhkum edilib.