Türkiyənin İraqın Mosul və Bəsrə şəhərlərindəki konsulluğu yenidən fəaliyyətə başlayacaq. Son günlər İranda yaşanan hadisələrin qısa zamanda başa çatmasını və sabitliyin bərpa olunmasını arzulayırıq.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Nəcəf və Kərkük şəhərlərində ilk dəfə baş konsulluğun açılması ilə bağlı iş davam etdirilir.
Çavuşoğlu PKK/YPG terror təşkilatının lideri Məzlum Kobani kod adlı Fərhad Abdi Şahinin ABŞ və Almaniyaya səfər edəcəyi barədə yayılan xəbərlərə də aydınlıq gətirib: “Sözügedən ölkələrə həmin şəxsin təhvil verilməsi barədə tələbimizi irəli sürmüşük. Bu tələbimizi israrla yenidən bildiririk”.