18 Noyabr 2019 17:56
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi təyinatlı qüvvələr Tbilisidəki Gürcüstan parlamenti önündən nümayişçiləri dağıtmağa başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Nümayişçilərin qanunverici orqanın binasından sıxışdırılaraq çıxarıldığı qeyd olunur.

Noyabrın 14-də Tbilisidə deputatlar qarışıq seçki sistemindən proporsional sistemə keçidlə bağlı Konstitusiyaya edilmiş dəyişiklikləri rədd etdikdən sonra etiraz aksiyaları başlayıb. Etirazçılar parlamentin işini iflic etmək niyyətində olduqlarını bildirərək parlament binasına zəncirlər və kilid asıblar.


Müəllif: Səxavət

Oxşar xəbərlər