18 Noyabr 2019 20:13
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranı daxildən qarışdırmaq istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeonun İranda baş verən etirazla bağlı açıqlamasına münasibət bildirən bu ölkənin parlament sədri Əli Laricani deyib.

“ABŞ-ın İrana yönəlik hədəfi ölkənin təhlükəsizliyini pozmaq və İranın milli maraqlarını alovun içinə atmaqdır. O (Pompeo), axmaqcasına və açıq şəkildə İranın qurban olmasını dəstəkləyir və bunu “İran xalqını müdafiə etmək” adlandırır”, - Laricani bildirib.

Pompeo İranda benzinin bahalaşmasına etiraz olaraq başlayan kütləvi nümayişlərə dəstək verdiyini açıqlamışdı.

Mənsur Rəğbətoğlu


Müəllif: Teleqraf.com