Rusiya özünün istehsalı olan T-90C tanklarının İraqa tədarükünün birinci mərhələsini başa vurub.
Teleqraf.com xəbər verir ki, tərəflərin ikinci mərhələnin həyata keçirilməsi qaydası və şərtləri ilə bağlı danışıqlar apardığı qeyd olunur.
“Birinci mərhələdə əmlak tam təhvil verildi. İkinci mərhələdə zirehli texnikanın verilməsi qaydası və şərtləri əlavə olaraq razılaşdırılacaq”, – deyə TASS Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətə istinadən xəbər verir.
Daha əvvəl bildirilmişdi ki, Moskva Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşları ilə əvvəllər təchiz edilmiş “Pantsir-C1” zenit sistemlərinin modernləşdirilməsini müzakirə edir, Səudiyyə Ərəbistanı və Türkiyəyə döyüş təyyarələrinin verilməsi ilə bağlı danışıqlar da davam edir.
2018-ci ilin iyun ayında İraq Müdafiə Nazirliyi Rusiya istehsalı olan 39 ədəd T-90S tankının İraq ordusunun zirehli briqadalarından birində silahlanmaya qəbul edildiyini bəyan etmişdi.