Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ və Rusiyanın Suriya ilə bağlı razılaşmanın tələblərini yerinə yetirmədiyini bildirib.
Teleqraf.com Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, nazir ərazinin terrorçulardan təmizlənməyəcəyi təqdirdə yenidən əməliyyatlara başlanılacağını qeyd edib.
M.Çavuşoğlu dünyada baş verən qarşıdurmaların 60 faizinin Türkiyənin də içində olduğu coğrafiyada meydana gəldiyini xatırladıb.