19 Noyabr 10:31
315

Suriyadan İsrailin nəzarəti altında olan Colan təpələrinə raket zərbələri endirilib.

Teleqraf.com xəbər verir ki, İsrail Hava Hücumundan Müdafiə Sistemləri atılan 4 raketi zərərsizləşdirə bilib.

Əsəd rejiminə bağlı SANA agentliyi isə xəbər yayıb ki, paytaxt Dəməşqin hava limanı yaxınlığında partlamalar qeydə alınıb.

İsrail ordusu Colan təpələrinə atılan raketlərin zərərləşdirildiyini elan edib.


Müəllif: Cavad