19 Noyabr 2019 10:40
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulun Kartal rayonunda yanğın baş verib. Trend-in məlumatına görə, yanğın mebel fabrikində başlayıb.

İlkin məlumata görə, yanğın nəticəsində 1 nəfər həlak olub, 5 nəfər tüstüdən zəhərlənib.

Hazırda hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil./trend/


Müəllif: Teleqraf.com