19 Noyabr 2019 14:51
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Melih Gökçəkin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun xanımı ilə bağlı dediyi sözlər müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Melih Gökçək ötən həftə Almaniyanın paytaxtı Berlində səfərdə olan İmamoğlunu müşayiət həyat yoldaşı Dilək İmamoğlunun çətir tutmasına qeyri-adi reaksiya verib.

“Əkrəm bəy həyat yoldaşına çətir tutdurur. Mən həyat yoldaşıma çətir tutdursaydım, bütün CHP-li qadınlar geridəqalmış, geridəqalmışların verdiyi dəyər budur, yazıqlar olsun və başqa sözlər deyərdilər. Əkrəm bəy edəndə isə alqış olur”, - deyə sabiq bələdiyyə sədri qeyd edib.

Xatırladaq ki, Dilək İmamoğlu sosial mediada səfərə dair maraqlı video paylaşmışdı.

Yağışlı havada piyada gəzən İmamoğluların dialoqu maraqla qarşılanmışdı. İmamoğlu üçün çətir tutan Dilək İmamoğlu “İstanbulllular üçün Əkrəm bəyi qoruyuram, başqanımız etirablı əllərdədir” sözlərini söyləmişdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər