S-400 məsələsində həll yolunun tapılması ilə bağlı Trampla razılaşdıq. ABŞ prezidentinə Türkiyənin S-400 sistemindən imtina etməsinin müzakirə mövzusu olmayacağını, aşırı dərəcədə təkidin ölkəmizin suverenlik hüquqlarına təcavüz mənasına gələcəyini söylədim.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın Türkiyə Böyük Millət Məclisinin qrup toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, impiçment məsələsinin ABŞ prezidentini təmkinli davranmağa sövq etdiyi açıq şəkildə ortadadır: “F-35 məsələsində mövcud qeyri-konstruktiv mövqe davam edərsə, Türkiyənin ehtiyaclarını ödəmək üçün başqa axtarışlara getmək məcburiyyətində qalacağını da xüsusi vurğuladıq”.