Rusiya Suriyanın şimalında vəziyyəti sabitləşdirmək üçün əlavə hərbi polis qüvvəsi göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.
Bəyanatda Türkiyə rəsmilərinin Suriyanın şimalında hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı açıqlamalarının təəccüb yaratdığı bildirilib: “Türkiyənin bölgədə yeni əməliyyatlara başlaması vəziyyəti daha da pisləşdirə bilər”.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bundan əvvəl ABŞ və Rusiya ilə əldə edilən anlaşmaların yerinə yetirilmədiyini bildirib.
Onun sözlərinə görə, anlaşmanın şərtləri yerinə yetirilməsə, Türkiyə Suriyada əməliyyatlara başlamağa məcbur olacaq.