19 Noyabr 2019 22:28
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası davam etdirilir.

Teleqraf.com xəbər verir ki, aksiyanı "Utanc" hərəkatı təşkil edib.

Müxalifət partiyalarının liderləri və tərəfdarlarının da qatıldığı aksiyada az kütləvilik müşahidə olunur.

Parlamentin binası önündəki Rustaveli prospektində avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunmur.

Təşkilatçılar bildiriblər ki, noyabrın 24-də kütləvi mitinq keçiriləcək və parlamentin binası yenidən bloklanacaq.


Müəllif: Teleqraf.com