İsrail Silahlı Qüvvələri Suriya ərazilərini havadan zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri Baş Qərargahının mətbuat katibi Aviçay Adre açıqlama yayıb.
O, açıqlamada Suriya ordusu və İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) bir sıra mövqelərinin vurulduğunu deyib.
Adre hücumda İsrailin döyüş qırıcılarının raket sistemləri, hərbi qərargahlar, hərbi bazalar və silah anbarlarını dağıtdığını bildirib.