Rusiya Müdafiə Nazirliyi Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Suriyanın şimalında yeni əməliyyat ehtimalı haqda açıqlamasına cavab verib.
Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaçenkov bəyan edib ki, Mövlud Çavuşoğlunun Rusiyanın verdiyi sözü tutmamaqda və Suriyanın şimalında yeni bir əməliyyat həyata keçirməsi haqda bəyanatındn təəccübləniblər.
“Türkiyənin Suriyanın şimalında yeni bir əməliyyata başlaması vəziyyəti daha da kəskinləşdirə bilər”- Rusiya ordusunun sözçüsü deyib.
Xatırladaq ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ və Rusiyanın Suriyanın şimalına dair imzaladıqları razılaşmaya tabe olmadıqlarını deyib və əlavə edib ki, əgər bu ərazilər təmizlənməsə yeni əməliyyata başlanılacaq.