ABŞ Müdafiə Nazirliyinin baş müfəttişi Glenn Fine ABŞ-ın Suriyanın şimalını tərk eləməsi və Türkiyənin “Sülh çeşməsi” əməliyyatına başlamasından İŞİD-in yararlandığına dair hesabat hazırlayıb.
Teleqraf.com xəbər verir ki, Pentaqonun Kəşfiyyat Departamentinə bağlı hesabatda İŞİD-in Suriyanın içərilərində imkan və qaynaqlarını yenidən bərpa etmək, xaricdə hücum planlama qabiliyyətini gücləndirmək üçün Türkiyənin həyata keçirdiyi əməliyyatdan və ABŞ əsgərlərinin bölgədə sayının azaltmasından istifadə etdiyi irəli sürülür.
Pentaqonun 116 səhifəlik raporunda İŞİD lideri Əbubəkir Bağdadinin ölümünün İŞİD-in yenidən toparlanma qabiliyyətinə çox az təsiri olacağı iddia edilir.