20 Noyabr 2019 11:40
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya hakimiyyəti ilə milli azadlıq hərəkatının qəhrəmanı Qaregin Ter-Harutyunyanın (Njde) statusu məsələsini heç vaxt müzakirə etməmişəm”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O, bu məsələnin Azərbaycanla münasibətlərdə gündəmdə olduğunu qeyd edib:

“Rusiyalı həmkarlarımızla ünsiyyətimizdə heç kim Qaregin Njdenin adını çəkməyib. Düşünürəm ki, bu məsələ Azərbaycanla münasibətlərimizin gündəmindədir”.

Rusiyanın Krasnodarsk vilayətinin Armavir şəhərində yerli qanunvericilik orqanının deputatı Aleksey Vinoqradov erməni cəlladı Qaregin Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyayıb. Şəhərin erməni diasporunun və Ermənistanın Rusiyadakı səfirliyinin etirazlarına baxmayaraq, lövhə hələ də bərpa edilməyib.

Qaregin Njde İkinci Dünya Müharibəsində Hiter Almaniyasına verdiyi dəstəyə görə SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən ələ keçirilərək həbs olunub.

Əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçısılarının sonuncu iclasında erməni cəlladına İrəvanda abidə qoyulması və qəhrəmanlaşdırılmasına etiraz etmişdi. O, çıxışında iclasda iştirak edən Paşinyana Njdenin törətdiyi cinayətləri xatırlatmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər