20 Noyabr 2019 14:07
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alman diktator Adolf Hitlerin 1889-cu ildə Avstriyadakı Braunanu-Na-İnn şəhərində doğulduğu ev polis idarəsinə çevriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Avstriya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Avstriya Konstitusiya Məhkəməsi 2017-ci ildə bu evin müsadirə edilməsini təsdiqləyib. Məlumata görə, evi məhkəmə yolu ilə sahibindən alan Avstriya hökuməti bu addımı vaxtilə Hitlerin yaşadığı binanın nasistlər üçün ziyarət yerinə çevrilməsindən ehtiyat etdiyi üçün atıb.

Evin keçmiş sahibinə 812 min avro təzminat ödənilib.

“Evin gələcəkdə polis tərəfindən istifadəsindən sonra artıq bu bina nasizmi xatırlatmayacaq”, - Avstriyanın daxili işlər naziri Volfqanq Peşorn deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər