20 Noyabr 2019 15:08
2 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Rusiya və ABŞ-la əldə edilən razılaşmaya əməl olunmazsa, hərəkatın başlanacağı barədə bəyanatına rəsmi Kremldən ziddiyyətli açıqlama verilib.

Teleqraf.com xəbər verir ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Türkiyənin belə bir planının olmadığını söyləyib.

“Ankara bizə yeni bir əməliyyat başlamağı planlaşdırmadığını söylədi”, - deyə Lavrov qeyd edib.

Onun sözlərinə görə, YPG-nin Suriyanın şimalından geri çəkilməsi prosesi demək olar ki, başa çatıb.

Xatırladaq ki, Türkiyənin başlatdığı “Sülh çeşməsi” əməliyyatına ABŞ və Rusiya ilə əldə olunan razılaşmadan sonra fasilə verilmişdi.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu isə razılaşmaya əməl olunmazsa, əməliyyatın davam edəcəyini anons edib: “Razılaşma ilə əlaqədar öhdələrinə düşəni etdilərmi? Xeyr etmədilər, bizsə öhdəmizə düşənləri etdik. Buralar təmizlənməzsə, hərəkata başlayacağıq. Terrorçuları mütləq təmizləməliyik”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər