NATO Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün mütləq səy göstərməlidir, amma bu, prinsiplər və təhlükəsizlik itkiləri hesabına olmamalıdır.
Teleqraf.com xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib.
“Mən inanıram ki, Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışmalıyıq. Ancaq prinsiplərimizi və təhlükəsizliyimizi qurban verə bilmərik”, – deyə o bildirib.
Onun sözlərinə görə, alyansın “təmkinə, müdafiəyə və dialoqa” ehtiyacı var və bunda heç bir ziddiyyət yoxdur.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın NATO ilə normal dialoq aparmaq istədiyini söyləyib və demək olar ki, bütün praktiki əməkdaşlıq formalarının dondurulmasının günahkarının Moskva olmadığını vurğulayıb. O qeyd edib ki, Rusiya bərabər, qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdırlar.