20 Noyabr 2019 16:38
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu boyda millət “arxandayıq” deyərək səni yola saldı, “get millətimizi təhqir edənlərə dərsini ver” dedi. Amma sən gedib yenə də başımızı əydin. Böyük türk millətinin tarixinə yaraşan bu deyildi, hörmətli Ərdoğan, təəssüf edirəm”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin ABŞ-a səfərini şərh edən İyi Partiyanın sədri Maral Akşener deyib.

Partiya sədri türklərin indiyədək kimsənin qarşısında baş əymədiyini bildirib:

“Amma bu əziz millətin prezidenti gedib dünyanın o biri ucunda 3-5 senatora hesabat verir. Başını da önə əyib geri qayıdır. Hörmətli Ərdoğan, bu millət sənə “get lazım olan et” dedi, amma sən gedib boynumuzu bükdün.

Ərdoğan “F-35” və “S-400” problemlərini həll etməyə getdi. Bəs həll edə bildi? Xeyr! Suriya ilə bağlı verilən vədlərin hesabatını soruşmağa getdi. Bəs soruşa bildimi? Xeyr! Amma hörmətli Ərdoğan niyə bu qədər xoşbəxt geri qayıtdı? Vaşinqtona millət üçün, yoxsa özün üçün getdin, qardaşım? Heç nə ala bilmədiyin halda niyə bu qədər xoşbəxtsən?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər