20 Noyabr 2019 16:50
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet İttifaqı marşalı Georgi Jukovun Xarkovdakı abidəsi təhqir edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin vilayət idarəsi məlumat yayıb.

Mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxslər postamentə qırmızı boya töküblər.

Qeyd olunur ki, hadisə yerində əməliyyat-istintaq qrupu işləyir və abidəyə ziyan vurma faktı ilə bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə barədə internet vasitəsilə xəbər tutduqları da bildirilir.

Bundan əvvəl Odessada marşal Jukovun xatirə lövhəsinə boya çəkilmiş, memoriala “cəllad” sözü yazılmışdı.


Müəllif: Səxavət