20 Noyabr 2019 17:02
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya rəsmiləri iki rus jurnalistə viza verməkdən imtina ediblər.

Teleqraf.com xəbər verir ki, bu məlumatı Rusiya Xarici İşlər Nazirliyi də təsdiqləyib.

“Rusiya Xarici İşlər Nazirliyi İngiltərə hakimiyyət orqanlarının bu ölkədə işləmək üçün iki rus jurnalistə viza verməkdən imtina etməsi faktını təsdiqlədi”, – RİA Novosti xəbər verir.

Bundan əvvəl agentliyə yaxın mənbə 2019-cu ildə Londonun bir neçə rus jurnalistinə viza verməkdən imtina etdiyini söyləmişdi. Söhbət İngiltərəyə xüsusi müxbir işləmək üçün gedən jurnalistlərdən gedir. İyul ayında isə İngiltərə Xarici İşlər Nazirliyi media azadlığı mövzusunda konfransda iştirak üçün “RT” kanalına akkreditasiya verməyib.


Müəllif: Səxavət