20 Noyabr 2019 17:26
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın keçmiş prezidenti Riçard von Vaytsekkerin oğlu öldürülüb.

Teleqraf.com xəbər verir ki, Fritz von Vaytsekker Berlində işlədiyi xəstəxanada qətlə yetirilib.

Bıçaqlanaraq həyatına son qoyulan 59 yaşlı Vaytsekker öldürüldüyü xəstəxananın baş həkimi idi. O, xəstəxanada bir seminar zamanı hücuma məruz qalıb və hadisə yerində keçinib.

Seminara təxminən 20 nəfərin qatıldığı və dinləyicilər arasında təsadüfən bir polisin olduğu bildirilib. Qatili dayandırmağa çalışan polis də yaralanıb və xəstəxanaya yerləşdirilib.

Polisin hücum zamanı xidmətdə olmadığı vurğulanıb.

1984-1994-cü illərdə Almaniyanın altıncı prezidenti olan Riçard von Vaytsekker 2015-ci ildə vəfat edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər